AZ

Bentley markasının ilk elektrokarı krossover olacaq

ba3e9baaee5338b0f18b4fc1e1268c44.jpg
05.05.2021 11:20

TED.az xəbər verir ki, Bentley şirkətinin rəhbəri Ədrian Hollmark dəbdəbəli ingilis markasının ilk elektrokarının krossover olacağını təsdiqləyib.

 

O, Britaniyanın Car nəşrinə verdiyi müsahibəsində ilk Bentley elektrokarının 2025-ci ildə debüt edəcəyini və onun hazırda Audi şikətinin üzərində çalışdığı Artemis layihəsinə əsaslanacağını bildirib.

 

Bununla belə, Britaniya istehsalçısı Porsche şirkəti ilə əməkaşlığını davam etdirmək niyyətindədir. Bentley rəhbəri şirkət mütəxəssislərinin Artemis layihəsində iştirak etdiklərini və alman həmkarları ilə paralel olaraq elektromobilin üzərində çalışdıqlarını qeyd edib. “Əlbəttə ki, bu krossover olacaqdır. İndi onlarsız heç nə etmək mümükün deyil”, - Hollmark bildirib. Yeni elektrokarın necə olacağı sualına cavab verən şirkət rəhbəri, Jaguar markasını nümunə göstərib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox