AZ

Junior Linux Administrator vəzifəsinə işçi axtarılır

 

d01946c7e98c6ba1584870545bff7516.jpg
08.05.2021 13:38
Kibrit Junior Linux Administrator vəzifəsi üzrə vakansiya elan edir.
 
 
IT və telekommunikasiya, mobil xidmətlər sahələrində 20 illik təcrübəyə malik olan, ölkənin bütün mobil operatorları ilə (Azercell, Bakcell, Nar) əməkdaşlıq edən, Formula-1, JARA Festivalı və s. kimi tədbirlərin təşkilində texniki dəstək verən, İT-sistemləri inteqratoru olaraq Crystal Hall, Xəzər TV, Dəniz bulvarı və s. kimi məkanların texniki dəstəyini həyata keçirən, bununla yanaşı ölkənin həm özəl şirkətlər, həm dövlət qurumlarından bir çoxunda istifadə olunan “Orangeline” əlaqə mərkəzi həllinin yaradıcısı olan Kibrit.tech şirkəti öz peşəkar komandasına Köməkçi Linux Administratorunu (Junior Linux Administrator) axtarır.
 
 

Köməkçi Linux Administratoru olaraq siz Kibrit-də aşağıdakılarla məşğul olacaqsınız:

 
 
• Linux sistemlərinin idarəsi və konfiqurasiyası (RHEL, CentOS, Ubuntu)
 
 
• HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat)
 
 
• LoadBalancer/Failover sistemlərinin idarə olunması (keepalive, peacemaker, haproxy, nginx)
 
 
• Relational və non-relational baza sistemlərin qurulması (Redis DB + Sentinel, mongodb, mysql, postgresql)
 
 
• Skript dillərində tapşırıqların avtomatlaşdırılması (Bash, sh)
 
 
• VMWare əsaslı virtual maşınların idarə olunması.
 
 

Bu vəzifədə sizdən gözləntilərimiz:

 
 
• İlin sonuna qədər proqram təminatının yeni instalyasiyada qaldırılması üçün lazım olan alətlərin yazılmasını script vasitəsilə avtomatlaşdırmanız.
 
 
• İlin sonuna qədər SİP protokolunun işləmə prinsipini və sip debugging üzrə nəzəri və praktiki biliklərə yiyələnməniz.
 
 
• Çoxşaxəli və inteqrasiya tələb edən İVR-ların ilik sonuna qədər python script ilə yazmanız.
 
 

Tələb olunan texniki bilik və bacarıqlar:

 
 
• Sistem təhlükəsizlik bilikləri (SELinix, Firewalld + Iptables)
 
 
• Şəbəkə haqqında ümumi biliklər
 
 
• Əməliyyat sistemləri haqqında əsas biliklər
 
 
• Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq
 
 
• Linux idarəsi üzrə 1-2 il təcrübə
 
 
Arzuolunan şəxsi keyfiyyətlər:
 
 
• Sistemli, analitik düşüncə tərzi
 
 
• Məqsədyönlülük
 
 
• Nəticəyönlülük
 
 
• Diqqət və dəqiqlik
 
 
• Komandada işləmək bacarığı
 
 

Aşağıdakı keyfiyyətlər/bacarıqlar da varsa, sizi daha çox bəyənəcəyik:

 
 
• İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və idarəetmə qrupu ixtisas üzrə ali təhsil
 
 
• DevOps alətlərini idarə etmək təcrübəsi
 
 
• Python dilində skriptlərin yazılması üzrə təcrübəniz var
 
 
• Asterisk PBX üzrə təcrübəniz var
 
 
• İngilis dilini bilirsiniz (texniki sənədlərlə işləmək üçün yetərli səviyyədə)
 
 
Kibrit-də sizin gələcəyiniz bu cür olacaq:
 
 
• Şəxsi inkişaf imkanınız olacaq – daim öyrənəcəksizniz, çox şey öyrənəcəksizniz!
 
 
• Bir çox insanın həyatına təsir edəcək maraqlı və ciddi layihələrdə iştirak edəcəksiniz.
 
 
• Matris tipli qurum strukturunda sərbəst və rahat iş mühitində işləyəcəksizniz.
 
 
Şərtlət, əlavə imtiyazlar (Benefits):
 
 
• Rəqabətli əməkhaqqı
 
 
• Azərbaycanın ən yaxşı sığorta şirkətlərindən birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta
 
 
• Ofisdə nahar yeməyi (şirkətin hesabına)
 
 
• Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)
 
 
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini 16.05.2021 tarixinədək “Junior Linux Administrator” başlığı (subject) ilə hr@kibrit.tech e-mail ünvanına göndərə bilər.
 
 
 
 
-------------------------

TED + bölməsindən digər xəbərlər

Daha çox