AZ

Sabah Bakıda yağış yağacaq

 

1e7da0786b63507c2f6c7d881184558d.jpg
08.05.2021 14:00

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

 

Milli Hidrometeorologiya Xidmətindənt TED.az-a verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin 10-da güclü xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox