AZ

IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək

6fad18daae174a71cb237004dcf51f43.png
16.05.2021 12:34

TED.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasında yeni təlim proqramlarına start verilib. Bu dəfə təlimlər “UI/UX dizayn” və “Rəqəmsal marketinq” ixtisasları üzrə aparılacaq.

 

Namizədlərin seçimi mərhələsində proqrama ümumilikdə 1000-ə yaxın namizəd müraciət edib. Onlar arasından hər iki istiqamətdə həm ödənişli, həm də ödənişsiz olmaq üzrə ümumilikdə 50 namizəd seçilib. Müraciət edən namizədlər arasından seçim mərhələsində ən yüksək nəticə göstərmiş 20 (hər iki qrup üzrə) tələbə isə Azərbaycan Beynəlxalq Bankının, eləcə də bp və onun tərəfdaşlarının (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) birgə təqaüd proqramı çərçivəsində Akademiyada ödənişsiz təhsil almaq şansı qazanıb.

 

Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. IBA Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək edir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir. İndiyə qədər Akademiyanı 230-dan çox məzun bitirib. IBA Tech Akademiyası məzunlarının 70%-dən çoxu Azərbaycan Beynəlxalq Bankında, eləcə də müxtəlif yerli və xarici  şirkətlərdə işlə təmin olunub.

 

Belə bir Akademiyanın yaradılmasında Azərbaycan Beynəlxalq Bankının məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Proqramlar haqqında daha ətraflı məlumatları buradan əldə etmək mümkündür.

 

Azərbaycan Beynəlxalq Bankının müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox