AZ

Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günüdür

c3043292652eb6d09ebc3711cfd53abf.jpg
17.05.2021 11:54

Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ildə qəbul etdiyi qərara əsasən mayın 17-si Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

 

TED.az bildirir ki, bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il mayın 17-nə təsadüf etməsi ilə bağlıdır. “World Telecommunication & Information Society Day” (“WTISD 2021”) - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdir.

 

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunu “Çətin dövrlərdə rəqəmsal dəyişikliklərin sürətləndirilməsi” (“Accelerating digital transformation in challenging times”) təşkil edir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox