AZ

Bakı Xoreoqrafiya Akademiyasının ümumi təhsil pilləsinə elektron sənəd qəbulu davam edir

085bcc63cd60545c92da943c7875adc8.jpg
17.05.2021 12:39

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) 2021/2022-ci tədris ili üçün ümumi təhsil pilləsi üzrə Azərbaycan və rus bölmələrinə şagird qəbulu davam edir.

 

Akademiyadan TED.az-a bildirilib ki, elektron sənəd qəbulu BXA tərəfindən aparılır. Müraciət edənlər ərizə formasını www.bxa.edu.az saytının “Qəbul” bölməsindən “Qəbul blankını” endirməklə doldurmalı və bxa.mektebeqebul@gmail.com ünvanına göndərməlidirlər. Qəbul üçün tələb olunan sənədlər bunlardır: tam orta təhsil pilləsi rəhbərinin adına ərizə; doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti; tibbi vərəqə (sağlamlıq haqqında arayış, kardioloq, oftalmoloq, nevropatoloq və pediatr rəyi); ümumi təhsil məktəbinin müvafiq sinfini bitirməsi haqqında qiymət cədvəlinin surəti; xüsusi qabiliyyəti olanlara təsdiqedici sənədlərin surəti; 3x4 ölçülü fotoşəkil (3 ədəd); yaşayış yerindən arayış; valideynlərin iş yerindən arayış; I siniflər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən elektron qeydiyyat (ərizənin surəti).

 

Mövcud şəraitlə əlaqədar olaraq, ərizəçilərə sənədlərin əyani qəbul vaxtı haqqında məlumat veriləcək. Tələb olunan sənədlər müvafiq qovluqda təqdim olunmalıdır.

 

Bakı Xoreoqrafiya Akademiyasının ümumi təhsil pilləsinə elektron sənəd qəbulu avqustun 27-də yekunlaşacaq.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox