AZ

Mitsubishi Pajero-nun istehsalına son verilib - FOTO

5ab0b5547a481807f1f3b31f21b613f6.jpeg
18.05.2021 11:40

Əfsanəvi Mitsubishi Pajero ofrouderi dünya bazarından tədricən çıxardılır. Ofrouderin Avropadakı satışlarına 2018-ci ildə son verilib və eyni zamanda üçqapılı ofrouderin sonuncu nüsxəsi konveyeri tərk edib.

 

TED.az xəbər verir ki, 2019-cu ilin yazında Pajero doğma Yaponiya bazarından çəkilib. İndi isə həmin an gəlib çatıb: Mitsubishi Pajero modellərinin istehsalı bu ilin mart ayında tamamilə dayandırılıb. Final seriyasından olan ofrouderlər Avstraliyada satılacaqdırlar.

 

39 il ərzində 3,3 milyon Mitsubishi Pajero modeli istehsal edilib, lakin istehsalın pik həddi 175 min ofrouderin buraxıldığı 1992-ci ilə təsadüf edir. Son 10 ildə orta hesabla hər il 50 min Pajero ofrouderi konveyerdən çıxıb. Bu illər ərzində Yaponiyada 640.000, Avstraliyada 150.000 avtomobil satılıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox