AZ

Pandemiya dövründə İKT-nin cəmiyyətdə roluna dair müzakirələr aparılıb

1d9d412ab9817c6a6d946236b280de8d.jpg
18.05.2021 17:15

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında pandemiya dövründə İKT-nin cəmiyyətdə roluna dair müzakirələr aparılıb.

 

Bu barədə TED.az-a institutdan məlumat verilib. Bildirilib ki, institutun əməkdaşı Zümrüd Mahmudova “Pandemiya dövründə İKT-nin cəmiyyətdə rolu” mövzusunda məruzə təqdim edib. O, həmçinin pandemiya dövründə İKT sahəsində nailiyyətləri sınaqdan keçirmək üçün fürsət yarandığını söyləyib.

 

Məruzəçi Azərbaycan dövlətinin uzun illər İKT sahəsində apardığı ən əsas işlərdən olan “Elektron hökumət” portalı haqqında seminar iştirakçılarına məlumat verib. O bildirib ki, “Elektron hökumət”in əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arasında “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Azərbaycanda karantin rejiminə görə müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeylərin, teatrların, sərgi salonlarının, mədəniyyət evlərinin, konsert zallarının, musiqi məktəblərinin öz tədbirlərini onlayn formatda keçirməsi təqdirəlayiq hallardan hesab oluna bilər.

 

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox