AZ

İlon Mask dünyanın ən varlı insanları reytinqində üçüncü pilləyə enib

 

8c1465e2f8971f3d8f8149c2b1d3a775.jpg
18.05.2021 18:20

Sahibkar İlon Mask dünyanın ən varlı insanlarının “Bloomberg” agentliyi tərəfindən tərtib olunan reytinqində üçüncü pilləyə enib.

 

TED.az “Bloomberg” agentliyinin saytına istinadla xəbər verir ki, İlon Maskın varidatı onun rəhbərlik etdiyi “Tesla” kompaniyasının dəyərinin ucuzlaşması fonunda azalıb. Son iki ay ərzində yarımkeçirici ehtiyatlarının çatışmazlığı, həmçinin ənənəvi yanacaqla çalışan avtomobil istehsalçıları tərəfindən yüksək rəqabət səbəbindən kompaniyanın kapitallaşması təxminən 20 faiz azalıb.

 

“Bloomberg”in hesablamalarına görə, İlon Maskın kapitalı mayın 16-sı axşam saatlarınadək 160,6 milyard dollara qədər aşağı düşüb. O, ilk dəfə cari ilin yanvar ayında “Tesla” səhmlərinin il ərzində 750 faiz bahalaşması fonunda milyarderlər reytinqinin ilk pilləsinə yüksəlmişdi. Həmin zaman İlon Maskın varidatı 184 milyard dollara, sonradan isə 190 milyard dollara çatmışdı. “Tesla” kompaniyasının rəhbəri fevral ayının sonlarında reytinqin ikinci pilləsinə enmişdi.

 

Hazırda reytinqin ikinci pilləsində Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun Baş direktoru Bernar Arno qərarlaşıb. Onun varidatı 161,2 milyard dollar həcmində qiymətləndirilir. Dünyanın ən varlı insanı titulu isə hazırda 190 milyard dollar kapitalı olan “Amazon” kompaniyasının rəhbəri Ceff Bezosa məxsusdur.

Dünya bölməsindən digər xəbərlər

Daha çox