AZ

Deputat onun feysbuk paylaşımlarına reaksiya göstərməyib dostluğunu tərk etməyənləri vicdansız adlandırdı

3a7497a50f0df7b9637de3df55b34fc7.jpg
18.05.2021 16:43

Milli Məclisin deputatı Etibar Əliyev feysbuk hesabında paylaşımlarına reaksiya göstərməyənləri dostluğunda yük hesab edir. Onları dostluğunu tərk etməyə çağırıb. Əks halda onları vicdansız adlandırıb. 

 

TED.az xəbər verir ki, bunu deputat elə öz feysbuk səhifəsində paylaşımda bildirib. 

 

Paylaşımı olduğu kimi təqdim edirik:

 

"Facebookda 5000 dostum var. Əziz dostlarım! Mənim paylaşmalarıma kim münasibət bildirmək istəmirsə tərk etsin dostluğu. Bunu etməyən şəxsi vicdansız hesab edirəm. Yük olmaq lazım deyil. Mən təhsil və elm barədə ciddi paylaşmalar edəcəm. Dostluq üçün çoxsaylı müraciətlər var...Əks təqdirdə inciməyin özüm dostluqdan çıxaracam."

TED + bölməsindən digər xəbərlər

Daha çox