AZ

Azərbaycanda 75 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

61c69592566523d4d709c3cf4360f26b.jpg
10.06.2021 18:40

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  TED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib, aktiv xəstə sayı 2 134 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 618, ötən müddət ərzində isə ümumilikdə 3 597 849 test aparılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox