AZ

Bu il Azərbaycanda dizel istehsalı 9 % artıb

656a48e3b803ef8089b47879c2202296.jpg
14.06.2021 17:57

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 603,6 milyon manat təşkil edib.

 

TED.az-ın  Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3 % çoxdur.

 

Hesabat dövründə 478,7 min ton həcmində avtomobil benzini, 1 milyon 016,6 min ton dizel yanacağı, 20,5 min ton sürtkü yağları, 92,2 min ton neft bitumu istehsal edilib.

 

Belə ki, bu ilin 5 ayı ərzində Azərbaycanda avtomobil benzini istehsalı 5,4 %, neft bitumunun istehsalı 7,7 % azalıb, dizel yanacağının istehsalı isə 9,2 %, sürtkü yağlarının istehsalı 79,8 % artıb.

 

Həmçinin, bu ilin ilk 5 ayında ölkədə 176,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 189,5 min ton ağ neft, 24,4 min ton yanacaq mazutu, 110,5 min ton neft koksu istehsal edilib.

 

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 34,4 %, neft koksunun istehsalı 16,1 % artıb, ağ neftin istehsalı 10,5 %, yanacaq mazutunun istehsalı 36,6 % azalıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox