AZ

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Rusiyada keçirilən startap yarışmasının laureatı olub

c8ee461ebf2b7fc0c3eec5c575705b09.png
16.06.2021 17:58

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) startapçı tələbələrdən ibarət komandası Rusiyanın Tümen Sənaye Universitetinin təşkilatçılığı ilə keçirilən “Qaynama nöqtələri” startap yarışmasında “Ən orijinal ideya” nominasiyasına layiq görülüblər.

 

AzMİU-dan TED.az-a bildirilib ki, dünyanın müxtəlif ölkələrindən (Qazaxıstan, Çin, Rusiya) startapçı gənclərin qatıldığı yarışmada 8 komanda iştirak edib. Yarışda ölkəmizi AzMİU ilə yanaşı, Bakı Ali Neft Məktəbi də təmsil edib.

 

Məlumat üçün bildirək ki, yarışmada birinci yeri Çinin “JİN SUO TEAM” komandası qazanıb. İkinci yerə Tümen Sənaye Universitetinin tələbəsi Darya Lyonova layiq görülüb. Adı çəkilən universitetin daha bir tələbəsi Regina Alimbəyovanın komandası 3-cü yerdə qərarlaşıb. AzMİU və Bakı Ali Neft Məktəbi tələbələrinin startapları isə “Ən orijinal ideya” və “Ən yaxşı informasiya texnologiyaları həlli” nominasiyalarının laureatı olub.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox