AZ

Kinooperator ixtisasını seçənlər qabiliyyət imtahanı verməyəcəklər

 

21d700ca10175adadd83e93216209dcf.jpg
18.06.2021 15:57

Kinooperator ixtisasına qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək.

 

Bu barədə TED.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər müsabiqəyə qəbul (buraxılış) imtahanında topladıqları bal əsasında qatılacaqlar.

 

Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən cari ilin abituriyentləri qabiliyyət imtahanlarında iştirak etmək üçün iyunun 18-dən 29-dək qeydiyyatdan keçməlidirlər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox