AZ

Yaponiyada hərbi aviabazanın ərazisinə daxil olan ayı bir nəfərə hücum edib

 

dc87306ec38d1317f777b48dad8bd450.jpg
18.06.2021 23:58

Yaponiyanın şimalında yerləşən Sapporo şəhərində ayı Okadama aviabazasının ərazisinə daxil olub.

 

TED.az Kyodo agentliyinə istinadla xəbər verir ki, “dəvətsiz qonaq” aviabazanın ərazisinə daxil olaraq buradakı əməkdaşlardan birinə hücum edib. Ayının Okadama aerodromunun uçuş-enmə zolağına keçdiyi də bildirilir. Nəticədə aerodromda bütün uçuşlar dayandırılıb.

 

Ayının yerli ovçular tərəfindən güllə ilə vurulduğu bildirilir. Bundan əvvəl ərazidə ayıların yerli sakinlərə hücum etməsi barədə də məlumatlar yayılıb.

 

Hazırda mütəxəssislər ayı tərəfindən vurulan zərərin məbləğini hesablayırlar.

 

Ayıların yaşayış məskənlərinə yaxınlaşmasının səbəbi kimi cari fəsildə onların əsas qida mənbəyi olan meşə şabalıdının az məhsul gətirməsi göstərilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox