AZ

Toyota yeni modelinin ilk görüntülərini yayıb - FOTO

b0972944d1f851f5e8dd9e60ced1093d.jpeg
21.06.2021 11:44

TED.az xəbər verir ki, Toyota şirkətinin yeni nəsil Tundra pikapını təqdim etməyə hazırlaşdığı artıq hər kəsə məlumdur. Bu, 2007-ci ildən bəri baş verəcək ilk nəsil dəyişikliyidir. Yapon istehsalçısı yeni pikapın eksteryer dizaynını qismən açıqlayan tizerləri dərc etsə də, casuslar avtomobilin şəkillərini İnternet şəbəkəsinə sızdırmağa müvəffəq olublar. Artıq Toyota şirkəti də yeni pikapın rəsmi şəklini dərc etmək məcburiyyətində qalıb.

 

Çox güman ki, pikapın kapotunun altında yenicə təqdim olunmuş Land Cruiser 300 modelindən tanış olan 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 benzin mühərriki yerləşdiriləcəkdir. Güc qurğusu 10-pilləli “avtomat” ilə tandemdə çalışacaqdır. Yeni nəsil Toyota Tundra pikapının təqdimatının payızda keçiriləcəyi gözlənilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox