AZ

KOB-lara “Startap” şəhadətnamələrinin verilməsi davam edir

 

fea4b8d47768a8a5096c721fe9e0328f.jpg
08.07.2021 19:34

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

 

KOBİA-dan TED.az-a bildirilib ki, bunlar "Alqoritmik kredit texnologiyaları" MMC, "Delivery Azerbaijan" MMC, fərdi sahibkar Nəzər Allahverdiyev və "Əmir Texniki Xidmətlər” MMC-dir. Sözügedən KOB subyektləri “Startap” şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur. “Startap” şəhadətnaməsi almış startapların innovativ həlləri aqrar sahə üzrə istehsal qurğusu, maliyyə texnologiyaları, logistika xidməti və elektron ticarət kimi sahələri əhatə edir.

 

İndiyədək KOBİA tərəfindən 7 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar ətraflı məlumatla və şəhadətnamə almış layihələr barədə KOBİA-nın www.smb.gov.az saytından müvafiq bölmədən tanış ola bilərlər.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox