AZ

Veysəloğlu Şirkətlər Qrupu “Rəqəmsal dünyada medianın rolu” mövzusunda seminar təşkil edib

ee656676d66fd72c37754f224339a8dc.jpeg
19.07.2021 10:34

“Veysəloğlu pərakəndə indeksi” layihəsi təqdim olunub

 

Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanda Milli Mətbuatın yaradılmasının 146-cı ili ərəfəsində media nümayəndələrinin, o cümlədən TED.az-ın təmsilçisinin iştirakı ilə “Rəqəmsal dünyada medianın rolu” mövzusunda seminar təşkil edib.

 

Türkiyədən dəvət edilən tanınmış ekspert və jurnalist Rahim Ak və yeni texnologiyaların mediada tətbiqi üzrə ekspert Fərid Pərdəşünasın iştirakı ilə keçirilən seminarda rəqəmsallaşan dünyada medianın rolu, koronavirus pandemiyası şəraitində informasiya ilə işləmək, ənənəvi və rəqəmsal medianın xüsusiyyətləri müzakirə edilib.

 

Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov, Şirkətlər Qrupunun nümayəndələri və Həsən bəy Zərdabi irsinin davamçısı, iqtisadçı alim Nüsrət Məlikov iştirak edib.

 

Qonaqları salamlayan Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov media nümayəndələrini qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edib. O, həmçinin Veysəloğlu Şirkətlər Qrupunun ölkə iqtisadiyyatının inkişafında, yeni iş yerlərinin açılmasında, yerli istehsalçıların və fermerlərin dəstəklənməsində rolu və gələcək planlar barədə məlumat verib.

 

Tədbirdə Veysəloğlu Şirkətlər Qrupa aid pərakəndə satış şirkətlərinin 2019, 2020 və 2021-ci illərin ilk altı ayını əhatə edən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satış qiymətləri indeksi media nümayəndələrinin diqqətinə çatdırılıb.

 

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya (“Veysəloğlu” MMC), pərakəndə (“Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi), istehsalat (“Ulduz” şokolad fabriki), logistika (“AVT” Logistics) kimi sahələrdə fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir. Şirkətlər Qrupu hər gün 533 minə yaxın müştəriyə xidmət edir.

 

Tədbirdə “Veysəloğlu pərakəndə indeksi” təqdim olunub. Bildirilib ki, aylıq təqdim edilməsi nəzərdə tutulan “Veysəloğlu pərakəndə indeksi” ərzaq məhsullarının alt kateqoriyalar üzrə də qiymət dəyişikliklərini izləməyə və əhaliyə ailə büdcəsini sistemli şəkildə idarə etməyə imkan yaradacaq.

 

İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədilə məhsul alan bütün müştərilərin ən çox aldığı məhsullar daxil edilib.

 

Veysəloğlu Şirkətlər Qrupunun missiyası cəmiyyəti təmiz, sağlam, münasib qiymət və keyfiyyətə gündəlik istehlak malları ilə təmin etməkdir. Təqdim olunan pərakəndə satış indeksi göstəricilərinə əsasən aydın olur ki, Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına xidmət edir.

 

İndeksə satış həcminə görə 2018-ci ilin yanvar ayından etibarən hər ay satışı olan 4317 məhsul daxil edilir. Bu siyahıya qısa müddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq verilir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.

 

“Veysəloğlu pərakəndə indeksi”də qeyd edilən məhsulların qiymətində 2021-ci ilin may ayında 2020-ci ilin may ayı ilə müqayisədə 4.1 faiz artım müşahidə edilir.

 

İndeksin alt kateqoriyalar üzrə qiymət dəyişikliklərinə gəldikdə isə 2021-ci il mayın ayında 2020-ci ilin may ayı ilə müqayisədə təzə qida məhsullarında 0,3 faiz artım, qida və spirtsiz içkilərdə 6,9 faiz artım, alkoqol və tütün məmulatlarında isə 7,8 faiz artım olub.

 

Şirkətlər Qrupu qeyd edilən məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərinə öz istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyir.

 

‘Veysəloğlu pərakəndə indeksi” məlumatlarının hər ay yenilənərək ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

TED + bölməsindən digər xəbərlər

Daha çox