AZ

Nazirlikdən şənlik təşkil edən məkan sahiblərinə MÜRACİƏT

d8255fafa057bbf2c700435402340557.jpg
19.07.2021 15:57

Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında aparılan monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib.

 

TED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu əsasən tədbirə gələn qonaqların say məhdudiyyətinin pozulması, qonaqların üzərində COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərin olmaması ilə bağlıdır.

 

Bir sıra hallarda isə şənlik mərasimlərinin “icaze.e-gov.az” portalına müvafiq məlumatların düzgün daxil edilməməsi halları da qeydə alınıb. Monitorinq qruplarının məkan və toy sahibləri ilə apardığı izahat işlərindən sonra pozuntular aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.

 

Monitorinq qrupu şənlik mərasimləri başlamadan əvvəl məkanların ərazisini, stollar ətrafında və arasında məsafələri, adambaşına düşən sıxlıq normalarını, işçi heyətin müvafiq tələblərə uyğunluğu və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi vəziyyətini yoxlayır.

 

Tədbirin keçirildiyi zalın girişində mərasimdə iştirak edəcək qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya immunitet sertifikatına malik olması barədə təsdiqedici sənədlərə malik olması vəziyyəti yoxlanılır. Narahatlıq yaratmamaq üçün mümkün qədər toyun keçirildiyi məkana daxil olmamağa çalışılır. Lakin, əlbəttə, qoyulan tələblərin kobud şəkildə pozulacağı halda qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istisna edilmir.

 

Məkan sahibləri tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün qonaqların say məhdudiyyəti faktorunu nəzərə almaları, məclis iştirakçılarının müvafiq sənədlərə malik olmasını əvvəlcədən dəqiqləşdirmələri tövsiyə edilir.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox