AZ

Xocalıda silah-sursat aşkarlanıb

 

c44bd0cfafb410a8ffcad61eaaf93e73.jpg
29.07.2021 15:34

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan TED.az-a verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində Xocalı rayonunun Çanaqçı kəndi ərazisindəki xidməti postun yaxınlığında xeyli sayda silah-sursat aşkar edərək götürüblər.

 

Həmin ərazidən aşkar edilən 1 pulemyot, 3 avtomat, 7 müxtəlif növ qumbara, 1 qumbaraatan mərmisi, 2 avtomat sandığı, 269 ədəd müxtəlif çaplı patronlar aidiyyəti üzrə təhvil verilib.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox