AZ

Radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyalar tətbiq olunur

 

beb2f4c7615242cd6b218ab949053cf3.jpg
29.07.2021 16:22

Erməni işğalçıları tərəfindən Qarabağın və ətraf ərazilərin zəngin yeraltı və yerüstü sərvətlərinin talan edilməsi, ərazilərimizin minalanması, qanunsuz qazıntı işlərinin aparılması fonunda region kəskin ekoloji və radioaktiv çirklənməyə məruz qalıb.

 

TED.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin onlayn iclasında AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, o cümlədən innovativ ekosistemin yaradılması, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkəmizin radiasiya problemlərinin həlli məsələlərinə də sistemli yanaşma tələb edir və alimlərimizin qarşısında prioritet vəzifələr qoyur.

Elm bölməsindən digər xəbərlər

Daha çox