AZ

“Google” əməkdaşlarının ofisə qayıtmasını oktyabrın 18-nə qədər təxirə salıb

 

022a61d5b8bd9e4cd58731a3ad0333f3.jpg
29.07.2021 18:20

“Google” kompaniyası əməkdaşlarının əksəriyyətinin ofisə qayıtmalarını oktyabrın 18-nə qədər təxirə salıb və distant iş rejimindən qayıdan bütün əməkdaşların koronavirus əleyhinə vaksinasiyadan keçməli olduğunu elan edib.

 

TED.az Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Google” kompaniyasının Baş direktoru Sundar Piçainin əməkdaşlara göndərilən məktubunda deyilir.

 

Əməkdaşların məcburi peyvənd edilməsi tələbi əvvəlcə kompaniyanın ABŞ-dakı mənzil-qərargahına və digər ofislərinə, sonra isə dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərən bölmələrinə şamil ediləcək.

 

Bir qədər əvvəl “Google” kompaniyası əməkdaşlarının təxminən 20 faizinin distant iş rejimində fəaliyyət göstərəcəyini elan etmişdi. Həmçinin personalın 60 faizi həftənin üç gününü ofisdə, iki gününü isə “ən yaxşı çalışdıqları məkanda” işləyərək hibrid iş rejiminə keçəcək, 20 faizi isə kompaniyanın digər ofislərinə keçmək üçün müraciət edə biləcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox