AZ

“Toyota” yarım ildə dünya üzrə ən çox avtomobil satışına nail olub

 

61b56ca3d1eb790b70b472a6a98fdd16.jpg
29.07.2021 18:40

“Toyota” şirkəti almaniyalı rəqibi “Volkswagen” şirkətini qabaqlayaraq, cari ilin yanvar-iyun aylarında dünya üzrə ən çox avtomobil satışına nail olub.

 

TED.az xəbər verir ki, bu barədə şirkətin iyulun 29-da yaydığı hesabatda bildirilir.

 

Qeyd edilir ki, “Toyota” şirkəti qlobal yarımkeçiricilər defisitini və koronavirus pandemiyasını yaratdığı böhrana baxmayaraq, ABŞ və Çin kimi əsas bazarlarda yüksək satış nümayiş etdirməyə nail ola bilib. Yanvar-iyun aylarında şirkət bütün dünya üzrə 5 milyon 467 min 218 avtomobil satıb. Bu, bir il əvvəlki göstəricidən 31,3 faiz çoxdur. Buraya şirkətin “Daihatsu” mini-nəqliyyat vasitələri və “Hino” yük maşınları bölmələrinin istehsal etdiyi avtomobillər də daxildir.

 

“Volkswagen” isə hesabat dövründə cəmi 4 milyon 978 min 200 avtomobil sata bilib.

 

Fransanın “Renault” şirkəti ilə alyans təşkil edən “Nissan” və “Mitsubishi” şirkətlərinin də hesabat dövrü üzrə göstəriciləri açıqlayacağı gözlənilir. Lakin bu alyansın göstəricilərinin “Toyota”nın satışından aşağı olacağı qeyd edilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox