AZ

Azərbaycanda 615 nəfər COVID-19-a yoluxub, 181 nəfər sağalıb

d992e034b32908a281adee76b0319256.jpg
29.07.2021 17:05

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5 019 nəfər vəfat edib, aktiv xəstə sayı 4 955 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, ötən müddət ərzində isə ümumilikdə 4 014 073 test aparılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox