AZ

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yarımillik hesabatını təqdim edib

 

ce262c3960ff5da605f61f8def02f28c.png
29.07.2021 20:38

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2021-ci ilin yanvar ayından iyul ayınadək fəaliyyət istiqamətləri üzrə altı aylıq hesabatı ictimaiyyətə təqdim edib.

 

TKTA-dan TED.az-a bildirilib ki, hesabatda I yarımil ərzində təhsil müəssisələrinin akkreditasiyası, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasına dair məlumatlar qeyd olunub. Eyni zamanda, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətlərinin təşkil edilməsi və məktəb inspeksiyası layihəsi üzrə həyata keçirilən tədbirlər və görülən işlər barədə informativ və statistik məlumatlar yer alıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox