AZ

“Huawei” son 7 ildə ilk dəfə TOP-5-də deyil

 

5d152da57a7a7e16f7aa4f56a9c0e91c.jpg
29.07.2021 22:40

Çinin “Huawei” şirkəti son 7 ildə ilk dəfə olaraq daxili bazarda ən iri smartfon tədarükçülərinin ilk 5-liyindən çıxıb.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, tədarük üzrə lider 18,2 milyon ədədlə "Vivo" olub.

 

Növbəti yerlərdə "Oppo" (16 milyon) və “Xiaomi” (12,6 milyon) qərarlaşıb. İlk beşliyi “Apple” (7,9 milyon) və “Honor” (6,9 milyon) tamamlayır.

 

Xatırladaq ki, 2019-cu ilin mayından “Huawei” ABŞ-ın qara siyahısındadır. Nəticədə şirkətin bu ölkədə istehsal edilən hissələrə və texnologiyalara yolu bağlıdır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox