AZ

"Azərkosmos"un ixrac gəlirləri 2%-dən çox artıb

 

cde96876317bc70803be1b3c9fa0f5e8.jpg
30.07.2021 13:28

Bu ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC 31 ölkəyə 22 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

 

TED.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul buraxılışında bildirilir.

 

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,8% və 2,3% çoxdur.

 

“Azərkosmos”un ixrac gəlirləri onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. Bu isə illik müqayisədə 1 faiz bəndi çoxdur.

 

2021-ci ilin iyun ayında isə “Azərkosmos” 24 ölkəyə 2,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 20% və 8,3% çoxdur.

TED + bölməsindən digər xəbərlər

Daha çox