AZ

Sinoptiklərdən xəbərdarlıq: Bəzi bölgələrdə leysan yağacaq, dolu düşəcək

 

19270c6cecd942becf8364f129408cec.jpg
30.07.2021 13:08

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, xəbərdarlığa əsasən, avqustun 1-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox