AZ

İnteraktiv seminar: Elmmetriya saatı

 

4a6005fabe0e6df23a5b0fa05631c2c3.jpg
30.07.2021 19:55

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elmmetriya saatı” interaktiv seminarı keçirilib.

 

Bu barədə TED.az-a institutdan məlumat verilib. Elmi şuranın onlayn iclasında böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova “Elmmetriya saatı” interaktiv seminarının fəaliyyət planı haqqında məlumat verib. R.Həsənova cari ildə “Antiplagiat sistemində elmi nəticələrin orijinallıq göstəricilərinin təqdim edilməsi məsələləri”, “Jurnalogiya – akademik nəşr prosesinin bütün aspektləri”, “Azərbaycan elmi jurnallarının “Web of Science” beynəlxalq akademik bazasında təmsilçilik məsələləri” kimi mövzularda seminarların keçirildiyini, onlardan bir neçəsinə dair broşürlərin hazırlandığını söyləyib.

 

Sonra məruzəçi 2021-ci ildə “Elmmetriya saatı” interaktiv seminarı çərçivəsində müzakirəyə çıxarılması nəzərdə tutulan mövzular barədə məlumat verib. Qeyd edib ki, seminarlarda QR kodun istifadə qaydaları və tətbiq sahələri, gənc doktorant və dissertantların maarifləndirilməsi məqsədilə dissertasiya işləri, məqalə və konfrans materiallarının hazırlanması qaydaları, “yırtıcı” jurnallar, əsas elmi terminlər və qlossarilər, kompüter elmləri sahəsinin nüfuzlu alimləri və digər aktual mövzularda məruzələrin təqdim edilməsi planlaşdırılır.

 

AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev çıxış edərək elm sahəsində “qara bazar”ın formalaşması məsələsinin elmmetriyanın əsas fəaliyyət istiqamətlərindən olduğunu deyib, bu mövzuda araşdırmaların aparılmasının zəruriliyini önə çəkib.

 

Akademik elmmetriyaya dair seminarların institutun elmi fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını nəzərə çatdırıb, hər kəsi bu tədbirlərdə fəal iştirak etməyə çağırıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox