AZ

Fərdi kompüterlərin qlobal tədarükü 15 % artıb

 

2b77fc8cab60fab252bd45c136418a40.jpg
31.07.2021 10:00

Bu ilin II rübündə dünya üzrə 80,1 milyon fərdi kompüter tədarük edilib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Counterpoint Research” şirkəti məlumat yayıb.

 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

 

II rübün nəticələrinə görə, 25 %-lik payla bazarın lideri “Lenovo” olub. Növbəti yerləri “HP” (bazar payı 23 %-dir),”Dell” (17,2 %), ”Apple” (7,5 %) tutub.

 

Bu il fərdi kompüterlərin qlobal tədarükünün ötən onilliyin əvvəlindən bu yana görünməyən pik həddə çatacağı proqnozlaşdırılır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox