AZ

Şuşa Radio Qovşağının yenilənməsi nəzərdə tutulur

 

30b3874179f916223e66de9f7f6c4638.jpg
31.07.2021 10:20

"Azad edilmiş ərazilərdə ümumilikdə tikintisinə qərar verilmiş 10-dan çox avtomobil yolunda işlər başlayıb".

 

TED.az xəbər verir ki, bunun Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun rəhbəri Rəhman Hümmətov deyib.

 

Onun sözlərinə görə, Zəfər yolunda işlər başa çatır.

 

R.Hümmətov bildirib ki, azad edilmiş ərazilərdə 68 mobil rabitə baza stansiyası qurulub: "Şuşa Radio və Televiziya Yayımı Stansiyası vasitəsilə artıq 10-dan çox televiziya kanalının yayımı baş tutur. Ümumilikdə 1400 km-dan artıq optik xətt çəkilib. Şuşa Radio Qovşağının yeni layihəsi hazırlanır. Layihə müvafiq qaydada razılaşdırmadan keçdikdən sonra onun da yenilənməsinə başlanılacaq".

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox