AZ

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı

 

3eabab567dc3e48f5c778a90725e8e4a.jpg
31.07.2021 11:20

Azərbaycanda bu gündən etibarən “Aİ-95” markalı benzinin qiymətində dəyişiklik edilib.

 

TED.az xəbər verir ki, “Aİ-95” markalı benzinin 5 qəpik bahalaşaraq 1.45 AZN-dən satışına başlanılıb.

 

Məsələ ilə bağlı Trend-ə açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur, əsasən Ruminiyadan Azərbaycana idxal olunur. Benzinin alış qiymətinin artması səbəbindən Azərbaycanda da qiymət 5 qəpik bahalaşıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox