AZ

Azərbaycanda Aİ-98 markalı benzin niyə tapılmır? - Rəsmi AÇIQLAMA

b41a18c6def51fa7952ff7474833ccc0.jpg
31.07.2021 12:57

Azərbaycanda 20 gündür ki, Aİ-98 markalı benzin satılmır.

 

Bunu TED.az-a açıqlamasında "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.

 

Onun sözlərinə görə, Aİ-98 markalı benzin Rumıniyadan idxal edilir, bunda nəqliyyat çətinliyi var:

 

"Artıq Gürcüstandan Aİ-98 benzini sifariş etmişik və 4-5 avqustdan etibarən satışa çıxarılacağı gözlənilir. Gələcəkdə belə halların qarşısını almaq üçün benzin saxlama anbarlarının sayı artırılacaq".

TED + bölməsindən digər xəbərlər

Daha çox