AZ

“Startap” şəhadətnaməsi verilən"TechFin" rəhbərindən AÇIQLAMA

 

34b462f63c8305f867a06823e1c5bad1.jpg
15.09.2021 21:57

Bulud mühasibatı həllinə startap şəhadətnaməsi verilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “TechFin” MMC-nin Hesabat-Onlayn mühasibat həllinə (www.hesabat.az) “Startap” şəhadətnaməsi verilib.

 

TED.az xəbər verir ki, “Hesabat” onlayn mühasibat platforması mikro və kiçik sahibkar subyektlərinin öz mühasibat uçotunu asan şəkildə idarə etməsi üçün yaradılmış onlayn mühasibat platformasıdır. Onlayn-mühasibat mikro və kiçik şirkətlərin uçotunun aparılmasına imkan verən xüsusi bir proqram təminatıdır. Onlayn-mühasibat sizin kompüterinizə yüklədiyiniz köhnə mühasibat proqram təminatını əvəz etməklə bərabər bir çox üstünlüklərə (bankla inteqrasiya, müştəri və təhcizatçılara avtomatik məlumatların göndərilməsi və s.) malikdir. Techfin MMC-nin təsisçisi və direktoru Hacıağa Hacı bildirmişdir ki, “Maliyyə-mühasibat sahəsində texnoloji yeniliklərin tətbiq olunması həmçinin sahibkarların da maliyyə savadlılığını artıracaq, mühasiblərin işini asanlaşdıracaq, uçotun şəffaflaşmasına öz tövhəsini verəcəkdir ki, nəticədə bu həm dövlət, həm sahibkarlar, həm də mühasiblər üçün faydali olacaqdır. Bizim fikrimizcə, onlayn-mühasibat sadə, rahat, etibarlı, aktual və sərfəli olmalıdır ki, bizim yaratdığımız həll bu meyarlara tam uyğundur”

Startaplar bölməsindən digər xəbərlər

Daha çox