AZ

Azerconnect şirkəti İKT sahəsində tanınmış mühəndis Bəxtiyar Etibarovun vəfatı ilə bağlı Nekroloq yayıb

 

b91b08ef08e9431eb38c009237bd7582.png
16.09.2021 19:45

Ölkəmizdə informasiya, kommunikasiya və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən və beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən Azerconnect MMC İKT sahəsində tanınmış mühəndis Bəxtiyar Etibarovun vəfatı ilə bağlı Nekroloq yayıb.

 

Nekroloqda deyilir:
 

İnformasiya və kommunikasiya texnologiyaları sahəsində zəngin təcrübəyə malik tanınmış mühəndis, Azerconnect şirkətinin Dövlət orqanları ilə əlaqələr və Məhkəmə işləri şöbəsində Dövlət orqanları ilə əlaqələr üzrə aparıcı ekspert vəzifəsində çalışan Etibarov Bəxtiyar Ağa Kərim oğlu vəfat edib.

 

Bəxtiyar Etibarov, 1957-ci il iyulun 5-də Bakı şəhərində dünyaya göz açıb. O, 1974-1979- cu illərdə  Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunda “Elektrik rabitə mühəndisi” ixtisası üzrə təhsil alıb.

 

1979-cu ildən 1994-cü ilədək Bəxtiyar Etibarov Azərbaycan Respublikasının Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O, 1994-cü ildən 2017-ci ilədək Bakcell şirkətində Texniki şöbənin direktoru və digər mühüm rəhbər vəzifələrində fəaliyyət göstərib.

 

2017-ci ildən Azerconnect şirkətində Dövlət orqanları ilə Əlaqələr və Məhkəmə işləri şöbəsində Dövlət orqanları ilə əlaqələr üzrə aparıcı ekspert vəzifəsini icra edib. Bəxtiyar Etibarov 2009-cu ildə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə Prezident İlham Əliyev tərəfindən "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

 

Qeyd edək ki, 64 yaşlı Bəxtiyar Etibarov həyatını COVID-19 səbəbindən itirib.
 

 

Tanınmış mühəndis, qayğıkeş və səmimi insan Bəxtiyar Etibarovun əziz xatirəsi doğmalarının, həmkarlarının və dostlarının qəlbində əbədi yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

TED + bölməsindən digər xəbərlər

Daha çox