AZ

Təhsil nazirinin növbəti videoqəbulu keçiriləcək

 

47b10c0a11e2ac03e19a2177b9a65a33.png
21.09.2021 14:20

Təhsil naziri Emin Əmrullayev oktyabrın 1-i saat 16:00-da Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Göyçay, İsmayıllı, Şamaxı və Ağsu rayonlarının sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

 

Bu barədə TED.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 

Qeyd olunan rayonların sakinləri sentyabrın 21-28-də (saat 18:00-dək) Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət portal.edu.az  vasitəsilə videoqəbula yazıla bilərlər.

 

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaq. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

TED + bölməsindən digər xəbərlər

Daha çox