AZ

Nazir: “Azərbaycan məktəblisi ilk dəfə tədrisə öz ərazi bütövlüyünü təmin etmiş vəziyyətdə başlayıb"

 

c3a4f060fc42eba063a33b3db792a585.jpg
22.09.2021 14:20

"Uzun fasilədən sonra məktəblərin əyani qaydada tədrisə qayıtması münasibətilə valideynləri, müəllimləri və şagirdləri təbrik edirəm".

 

TED.az  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bu tədris ili çox fərqlidir: “Azərbaycan məktəblisi ilk dəfə tədrisə öz ərazi bütövlüyünü təmin etmiş vəziyyətdə başlayıb. Bu mənada tədris ilinin mahiyyəti Vətən müharibəsində əldə edilmiş zəfərə, canından keçən şəhidlərin xatirəsinə həsr olunacaq".

 

Nazir deyib ki, bu təqvim ilinin sonuna kimi 88 təhsil müəssisəsinin bərpası və yenidən qurulması planlaşdırılır: "Bu günə kimi 55-i açılıb və açılmaqdadır”.

Elm bölməsindən digər xəbərlər

Daha çox