AZ

“WhatsApp”dan yeni funksiya gəlir

 

0e9c101fe0369781bf72c18e679f0484.jpg
22.09.2021 16:57

“WhatsApp”da müəyyən məsajlardan şikayət etmək mümkün olacaq.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, istifadəçilər bir və ya bir neçə ismarıcı seçərək yoxlamaq üçün “WhatsApp”a yollayacaq. Messencer məsajın müəlifini xəbərdar etməyəcək və onu bloklamaq imkanı verəcək. Funksiya həm iki nəfər arasında şəxsi həm də qrup yazışmaları üçün aktiv olacaq.

 

Xatırladaq ki, hazırda “WhatsApp” müəyyən istifadəçilərdən şikayət etməyə icazə verir. Messencerin moderatorlarına yazışmadan son beş ismarıc göndərilir. Bu, yazışmanın kontekstini müəyyən etmək üçün edilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox