AZ

Müəllimlər üçün növbəti vakansiya seçimi başlayır

 

0012cb2ae4b9198896dc19c6e222f889.jpg
22.09.2021 17:20

22 sentyabrdan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə (ibtidai sinif istisna olmaqla) başlanılır.

 

Təhsil Nazirliyindən TED.az-a verilən məlumata görə, vakansiya seçimlərinə bu gün saat 11:00-da start verilib və seçim 24 sentyabr saat 10:59-da başa çatacaq. Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.

 

Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Eyni zamanda tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

VAKANSİYA bölməsindən digər xəbərlər

Daha çox