AZ

Rusiyada Ai-95 markalı benzinin qiyməti rekord həddə bahalaşıb

 

d4f4e42a0d52f34e6f8c76dd9d90ab8e.jpg
22.09.2021 18:20

Rusiyada "Premium-95" (Ai-95) markalı benzinin qiyməti birjalarda tarixi rekordu yeniləyib.

 

TED.az-ın məlumatına görə, benzinin qiyməti bu gün 0,6 faiz artaraq, bir ton üçün 60 min rublu (824 dollar) ötüb.

 

Sonuncu dəfə Aİ-95 60 min rubl həddini iyulun 22-də keçmişdi. Qeyd olunur ki, bu markanın qiyməti sentyabrın 15-dən bahalaşmağa başlayıb. Bu müddət ərzində qiymət 3,2 faiz artıb

 

Eyni zamanda, Rusiya birjalarında Ai-92 markalı qiyməti də 0,2 faiz bahalaşaraq 56 min rublu keçib.

TED + bölməsindən digər xəbərlər

Daha çox