AZ

Azərbaycan startapı işıqpuluna minimum 25% qənaət edən cihaz təqdim edir

 

752bf06abe702df1a0ef9ec4f67675dc.jpg
02.10.2021 10:40

 İlkin olaraq bu cihazla minimum 25%  qənaət etmək imkanımız var

 

Bunu Sumaks Technologies -in icraçı direktoru və həmtəsisçisi Cavid Məmmədov startapın şəhər işıqlandırması ilə bağlı layihəsi barədə TED.az-a açıqlamasında bildirib. 

 

O, startap tərəfindən təqdim edilən yeni layihənin şəhərlərin işıqlanma sistemində müşahidə edilən nasazlıqların vaxtında aşkar olunmasında effektiv olduğunu bidirərək "İşıqlandırlma ilə bağlı layihəmizdə şəhərlərin küçə işıqlandırılmasının idarə edilməsi nəzərdə tutulub. Şəhərlərimizdə küçə işıqlandırılmasının idarəetməsi ya çox zəifdir ya da tamamilə yoxdur. Hazırda əksər hallarda şəhərlədə küçə işıqları günorta saatlarında yanılı qalır yaxud da axşamlar ümumiyyətlə yanmır xarab lampalar dəyişdirilmədən uzun müddət qalır. Bütün bunlar nəticə etibarı ilə xidmət keyfiyyətinə təsir etməklə yanaşı qənaət imkanlarını azaldır. Məsələn günorta saatlarında küçə işıqlarının yanılı qalması iri həcmli enerji istifadəsi deməkdir bu da təbii ümumi büdcəyə öz mənfi təsirini göstərir." - deyə bildirib. 

 

Cavid Məmmədov layihə çərçivəsində quraşdırılan cihazların funksiyalarıını və küçə işıqlarına kənar qoşulmalara qarşı effektivliyinə toxunaraq "Biz bir məhsul hazırlayırıq hər bir işıq dirəyində xüsusi cihazlar yerləşdirilir. Cihazların işi bir server vasitəsi ilə hər bir işıq dirəyinin ayrı-ayrılıqda idarə edilməsindən ibarətdir. Məsələn idarəedici qurum yaxud rayonun icra hakimiyyəti qərar verir ki,hər hansı saatda təyin olunan küçədə, bir neçə işıq dirəklərində işıq yansın ya sönsün yaxud ikisi yansın biri sönsün.Bizim təqdim etdiyimi cihaz və idarə edilmə sistemi ilə  hər bir  işıq dirəyi ayrı-ayrılıqda idarə edilir. Hər hansı işıq dirəyində nasazlıq olanda bu barədə idarəediciyə məlumat göndərir. Bu sistem həmçinin küçə işıqlarına çoxsaylı kənar qoşulmaların qarşısını almaq üçün də effektivdir. Adətən vətəndaşlar tərəfindən küçə işıqlarına qeyri qanuni şəkildə qoşulmalar olur və bu qoşulmalar nəticəsində işlədilən enerjinin pulunu müvafiq rayonun İcra Hakimiyyəti ödəyir. Bunu qarşısını almaq çün bizim təklif etdiyimiz cihazlar qoşulan işıq dirəklərinə kənar qoşulma olduğu halda cihaz mərkəzi sistemə bu barədə məlumat göndərir. Müşahidələrimiz göstəirir ki, ilkin olaraq bu cihazla minimum 25%  qənaət etmək imkanımız var. Layihənin tesləri uğurla davam edir. Biz hazırda pilot yerlər seçirik ki,ilkin olaraq orada tətbiq olunması nəzərdə tutulur." - deyə qeyd edib. 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox