AZ

Sabah gecə saatlarında “Azercell"in bəzi xidmətlərində çətinliklər olacaq

 

35f39507e670860354dacf8fd47dd212.jpg
14.10.2021 14:58

Oktyabrın 15-də, gecə saatlarında “Azercell Telekom” MMC-nin bəzi xidmətlərində müvəqqəti çətinliklər yaranacaq.

 

TED.az şirkətə istinadən xəbər verir ki, bu, xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə aparılacaq təkmilləşdirmə işləri ilə bağlı olacaq.

 

Xatırladaq ki, “Azercell Telekom” 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 62,1 milyon manatdır. Şirkətin əsas təsisçisi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-dir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox