AZ

EU4Digital e-kommersiya qurmaqda Azərbaycana kömək edir

 

8a966bdc83233ffa7be69f4d5790ec09.jpg
14.10.2021 16:57

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdırmaq, mövcud məhsul çeşidini artırmaq və sadələşdirilmiş nəqliyyat prosedurları ilə daha sürətli çatdırılma təmin etməklə həm istehsalçılara, həm də istehlakçılara vaxta qənaət etməyə və xərcləri azaltmağa imkan verir. 

 

Avropa İttifaqı artıq e-ticarət üçün qayda və prosesləri müəyyən edib, lakin Şərq Tərəfdaşlığı ölkələri Aİ regionundakı imkanlardan faydalanmaq istədikləri təqdirdə elektron ticarətə uyğunlaşmaq üçün daha çox iş görməlidirlər.

 

Bu məqsədlə, yaxın zamanda Avropa İttifaqının EU4Digital təşəbbüsü tərəfindən elektron ticarət həllərini tətbiq etmək üçün üç Şərq Tərəfdaşlığı ölkəsində – Azərbaycan, Gürcüstan və Ermənistanda Aİ və Şərq Tərəfdaşlığı regionu arasında e-kommersiyanı inkişaf etdirmək üçün pilot layihəyə start verilib. Layihə çərçivəsində bu üç ölkədən Almaniyaya məhsul ixrac edilib.  

 

Pilot layihə pərakəndə satıcılar, bazarlar, çatdırılma operatorları və gömrük orqanları arasında sərhədlərarası məlumatların avtomatik və elektron şəkildə mübadiləsi üçün iştirakçı ölkələrin hər birində satıcıların öz məhsulları haqqında əsas məlumatları saxlaya biləcəyi “virtual anbarlar”ı sınaqdan keçirməyi hədəfləyir. Bu sistem pərakəndə satıcılar, bazarlar, çatdırılma operatorları və gömrük orqanlarını xaricdə satılacaq məhsulları yerləşdirmək və maneəsiz sərhədlərarası çatdırılmanı tamamlamaq üçün dəstəkləyir.

 

Virtual anbarlar gömrük, idxal rüsumları, nəqliyyat və qida təhlükəsizliyi sənədləşmələri üçün lazımı məlumatları real vaxt rejimində avtomatik olaraq yaradır və alıcılar aldığı məhsulu onlayn şəkildə izləmək imkanı əldə edirlər. 

 

Layihənin əhatə dairəsinə virtual anbarlarda məhsul yerləşdirilməsi üçün Aİ standartları da daxil olduğundan, EU4Digital vurğulayır ki, layihə tamamlandıqdan sonra bu həll digər Aİ üzvləri və Şərq Tərəfdaşlığı ölkələri, həmçinin eyni standartlardan istifadə edən 192 Universal Poçt Birliyi ölkələri ilə sərhədlərarası e-ticarət üçün də adaptasiya edilə bilər.

 

Azərbaycan üçün virtual anbar olaraq pilot layihəyə cəlb edilmiş milli portal “Azexport.az”ın rəhbəri Ayxan Qadaşov prosesi belə izah edir:

 

“Almaniyadakı “eBay” portalı vasitəsilə sifariş edilmiş mallar haqqında məlumatların poçt və gömrük oqranlarına avtomatik şəkildə təqdim olunması praktiki olaraq sınaqdan keçirilib. Pilot layihə ərzində Azərbaycanın “ISAR Group” şirkəti tərəfindən hazırlanan əl işi taxta əşya Almaniyaya çatdırılıb”.

 

“EU4Digital tərəfindən icra edilən virtual anbar layihəsi B2C seqmentindən olan salıcı və satıcıları dəstəkləməyi hədəfləyir,” – deyən Qadaşov əlavə edib ki, Azərbaycanda bu seqmentdən olan çox sayda kiçik və orta biznes var: “Azərbaycan əhalisi yaradıcıdır. Qida, sənaye və kənd təsərrüfatı ilə yanaşı ölkəmizdə mədəni və yaradıcı sənayelər də inkişaf etməkdədir. Bu sənayelərin e-ticarət sahəsindəki payını, həmçinin ölkənin bu sahədəki potensialını nəzərə alaraq, hiss edirik ki, mədəni və yaradıcı sənayelər ölkə üçün böyük iqtisadi imkanlar vəd edir”.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox