AZ

Azərbaycan və Türkiyə müəllimləri üçün “Media savadlılığı və dezinformasiya” mövzusunda seminar yekunlaşıb

 

97a23635a316b307f00a0ce550599233.jpg
14.10.2021 17:20

“eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında “Media savadlılığı və dezinformasiya” mövzusunda ikitərəfli seminar başa çatıb.

 

Bu barədə TED.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 3 gün davam edən seminarda yerli və türk mütəxəssislər tərəfindən təlimlər təşkil olunub, Türkiyədən və Azərbaycandan seminara qoşulan müəllimlər öz tədris təcrübələrini paylaşıb və platformada birgə 33 təhsil layihəsinin icrasına başlayıblar.

 

Sonda tədbirdə iştirak edən müəllimlər sertifikatlarla təltif olunub.

 

Xatırladaq ki, ölkəmiz 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

TED + bölməsindən digər xəbərlər

Daha çox