AZ

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

 

93e7fe3cfa3b1917a558882bb6af4f8f.png
14.10.2021 18:20

Azərbaycan Telefon Rabitəsinin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə regionlarda informasiya texnologiyaları (İT) sahəsində təlimçilərin hazırlanmasına start verilib.

 

TED.az xəbər verir ki, təlimin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən İT mütəxəssislərinin təlimçilik bacarıqlarını yüksəltmək və regionlarda peşəkar İT təlimçilərinin sayını artırmaqdır. Bu təlimləri uğurla başa vuracaq mütəxəssislərin “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin regional təlimlərinə təlimçi qismində cəlb edilməsi nəzərdə tutulur.Təlimdə Gəncə, Naxçıvan, Şərur, Mingəçevir, Şəki, Zaqatala, Lənkəran, Şamaxı, Qazax, Şirvan, Ağdaş, Göyçay, Qəbələ, İmişli şəhərlərində yaşayan və müəyyən edilmiş tələblərə cavab verən şəxslər iştirak ediblər.

 

Bir ay müddətində intensiv formada keçiriləcək təlimdə iştirakçılara İT əsasları (İT texnik) üzrə təlimçilik bacarıqları öyrədiləcək. Əsas hissəsi onlayn, yekun hissəsi isə Bakıda təşkil olunacaq təlimi uğurla bitirən şəxslər “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təlimçilik sertifikatı ilə təltif ediləcəklər.

TED + bölməsindən digər xəbərlər

Daha çox