AZ

Azərbaycanda 20 minə yaxın şəxsə əks-göstəriş sertifikatı verilib

 

c1d13092a61668f6e3f2048cc71b9a32.jpg
14.10.2021 18:57
Bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin koronavirus peyvəndinə qarşı əks-göstəriş sertifkatı ilə bağlı müraciətinə müsbət cavab verilib.
 
 
Bu barədə TED.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
 
 
Qeyd olunub ki, həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar.
 
 
Qeyd edək ki, əks-göstəriş sertifikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir. Poliklinika həmin müraciət edən şəxsdən vaksinin əks-göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epikriz və ya digər sənədləri təqdim edir. Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və həmin qərarı vətəndaşa göndərir.
 
 
Komissiyadan müsbət cavab alan vətəndaş https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsilə qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir. Daha sonra vətəndaşlar sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox