AZ

Bitkoinin qiyməti 60 min dollara yaxınlaşıb

 

3ed801bdc9214445c71c8748a945bdf1.jpg
15.10.2021 10:40

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 60 min ABŞ dollarına yaxınlaşıb.

 

TED.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 3,2 %, son 7 gün ərzində isə 11,2 % bahalaşaraq 59,7 min ABŞ dollarına satılıb.

 

Nəticədə onun bazar dəyəri 1,1 trilyon ABŞ dollarını keçib.

 

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 5 % artaraq 3,8 min ABŞ dollarına çatıb.

 

Kriptovalyuta bazarının toplam dəyəri 2,4 trilyon ABŞ dollarını keçib.

 

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 9:15-ə olan məlumatları aşağıdakı kimidir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox