AZ

"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR

 

cf9be15bb2175a7f496cfedd6e2d0f9b.jpg
15.10.2021 12:57

Kapital Bank namizədləri Bakı fillialları üzrə Müştərilərlə iş üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

 

Öhdəliklər :

 

• Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır;

 

• Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir;

 

• Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;

 

• Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;

 

• Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;

 

• Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq;

 

• Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;

 

• Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.

 

Tələblər :

 

• Ali təhsil;

 

• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;

 

• Azərbaycan dilində sərbəst danışmaq bacarığı

 

• MS Office (Word, Excel) proqramları üzrə biliklər;

 

• Gərgin iş qrafikində işləmək bacarığı;

 

• Əla ünsiyyət bacarıqları;

 

• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

 

Ümumi məlumat:

 

Kapital Bank namizədləri Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər:

 

• Bankdaxili ödəniş tapşırıqlarının icra olunması;

 

• Aparılmış ödənişlərin filialların müvafiq xərcinə aid edilməsi;

 

• Əsas vəsaitlərin uçotu ilə bağlı müvafiq müxabirləşmələrin verilməsi;

 

• Anbar proqramı üzrə mal-material uçotunun aparılması;

 

• Hər bir əməliyyat gününün sənədlərinin yoxlanılması və müvafiq qovluqlara tikilməsi;

 

• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi.

 

Tələblər:

 

• Ali iqtisadi təhsil;

 

• Bank işi sahəsində ən azı 1 illik təcrübənin olması;

 

• Yüksək MS Excel bilikləri;

 

• Operativ və məsuliyyətli olması.

 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

TED + bölməsindən digər xəbərlər

Daha çox