AZ

Yüksək texniki peşə təhsilini bitirənlərə subbakalavr dərəcəsi veriləcək

 

e3d28cd34ae0ff56f6b8e31c74a9aa31.png
15.10.2021 15:57

Yüksək texniki peşə təhsilini bitirən şəxslərə orta ixtisas təhsili pilləsini (kollec) bitirən şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsi veriləcək.

 

TED.az-ın məlumatına, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə orta ixtisas təhsili pilləsini bitirmiş şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsinin verilməsi və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir.

 

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Elm bölməsindən digər xəbərlər

Daha çox