AZ

Müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarlara start verilir

 

ee3f3573747acd6ff74f9d2e8188ed6d.png
15.10.2021 16:58

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarlara start verir.

 

İnstitutdan TED.az-a bildirilib ki, ilk vebinar oktyabrın 19-da ibtidai sinif müəllimləri üçün Azərbaycan dili fənninə dair “Mətn üzrə işin təşkili: bədii mətnin strukturu və kompozisiyası" mövzusunda keçiriləcək. Vebinarda Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova çıxış edəcək.

 

Vebinarın keçirilməsində əsas məqsəd ibtidai sinif müəllimlərinin Azərbaycan dili fənninə dair mətn üzrə işin təşkili bacarıqlarını inkişaf etdirməkdir. Vebinarda müəllimlərin bədii mətnin strukturunun və kompozisiyasının təhlilindəki tipik çətinlikləri haqqında danışılacaq, problemin həlli yolları göstəriləcək.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

 

Xatırladaq ki, Təhsil İnstitutu daha öncə müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini hazırlayıb. İyirmi fənn, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə institutun saytında yerləşdirilmiş linkdə tanış olmaq mümkündür.

Elm bölməsindən digər xəbərlər

Daha çox